“Baki NQMA zavodu” TASC 1967-ci ildə yaranmışdır. Ona kimi 1962-ci ilin aprel ayından”Qeyristandartmaşınqayırma” müstəqil müəssisə kimi fəaliyyət göstərmişdir. Müəssisə yüksək keyfiyyətli istehsal sahələri  və texniki avadanlıqlarla təhciz edilmişdir. Hal-hazırda zavod neftqazmədən avadanlıqlarının istehsalı üzrə ixtisaslaşdırılmışdır. Belə li:

  • PV-95 borudaşıyan “URAL” avtomaşının şassisi üzərində
  • AS-10.8.6 avtosisternləri “URAL”, “KAMAZ” avtomaşınların şassisi üzzərində
  • ŞD-ştanqadaçıyan aqreqat “KAMAZ”, “URAL”, “ZİL” avtomaşınlarının şassisində
  • Qaynaq və nasos qurğuları MTZ-80/82 traktorunun üzərində
  • Müxtəlif modifikasiyalı hıcmi 10-100 ton olan çənlərin hazırlanması
  • Turşu-qələvi mayelərin saxlanması üçün çənlərin daxildən rezin təbəqə emal edilməsi
  • Qeyri-standart neftqazmədən avadanlıqlarının qazan-qaynaq işləri əsasında hazırlanması və təmir edilməsi (rezervuar, çənlər 5-100 ton həcmində, borukəmər elementləri, tez yığılıb sökülən müxtəlif diametrli boru kəməri hissələri, manifold bloku BM-700, BM-800)
  • Mərkəzdənqaçma elektrik nasos aqreqatları
  • Neftqazmədən avadanlıqlarının ayrı-ayrı düyünlərinin hazırlanması və təmir edilməsi